Menyu

Türkiyə bir il ərzində yeni konstitusiyanın hazırlanmasını başa çatdırmaq niyyətindədir

Nərmin Qocamanlı
Türkiyə bir il ərzində yeni konstitusiyanın hazırlanmasını başa çatdırmaq niyyətindədir
1 dəq oxu

Türkiyənin yeni konstitusiyasının hazırlanması və qəbulu ilə bağlı danışıqların bir il ərzində başa çatdırılması planlaşdırılır.

"Operativ Media" xəbər verir ki, bu barədə parlamentin spikeri Numan Kurtulmuş bildirib.

“Bizim planımız bir il ərzində, yəni 2024-cü ilin oktyabrından 2025-ci ilin oktyabrına qədər yeni konstitusiya ilə bağlı danışıqları başa çatdırmaq və yeni qanunvericilik ilində onun qəbulu ilə bağlı işlərə başlamaqdır”, - o, qeyd edib.

Əlaqəli Xəbərlər