"Operativ Media" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb.
Azərbaycan çempionu bir matçın əlavə vaxtında 4 qol vuran 5 komandadan biri olub. “Köhlən atlar” Bolqarıstanda “Ludoqorets”ə 7:2 hesabıyla qalib gəldiyi (əsas vaxt – 3:2) III təsnifat mərhələsinin cavab matçının əlavə vaxtında rəqibini məyus edib.
Daha əvvəl Almaniyanın “Ştutqart” (1973/1974 mövsümü), Fransanın “Lans” (1977/1978), Kiprin “Omoniya” (2016/2017) və Belarusun “Dinamo” (Minsk, 2018/2019) komandaları avrokuboklarda əlavə vaxtda 4 dəfə fərqləniblər.
Teqlər:
"\"Qaraba\u011f\" avrokuboklarda rekordu t\u0259krarlad\u0131"