Menyu

"Qəbələ" konqolu yarımmüdafiəçi ilə gücləndi

Əziz Əzizli
"Qəbələ" konqolu yarımmüdafiəçi ilə gücləndi
1 dəq oxu

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Konqo milli komandasının yarımmüdafiəçisi Domi Jaures Massoumo ilə 2 illik müqavilə imzalanıb. 

21 yaşlı futbolçu bunadək vətənində “Otoho d'Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb. 2023-cü ildən Konqo millisinə çağırılan Domi 3 oyun keçirib.

Əlaqəli Xəbərlər