Menyu

"Dinamo Zaqreb" ispaniyalı müdafiəçi ilə gücləndi

Əziz Əzizli
"Dinamo Zaqreb" ispaniyalı müdafiəçi ilə gücləndi
1 dəq oxu

"Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi Zaqreb “Dinamo”sunun heyətində dəyişiklik olub.

"Operativ Media" xəbər verir ki, Xorvatiya çempionu iştirak ərizəsinə yeni futbolçu əlavə edib.

İspaniyalı Yan Oliveras ilkin sifariş vərəqində olmasa da, zaqreblilər siyahıya əlavə etmək hüququndan yararlanıb. 20 yaşlı müdafiəçi heyətə daxil olunsa da, onun qarşıdakı matçlarda iştirakına baş məşqçi qərar verəcək.

Oliveras İtaliyanın “Roma” klubundan icarəyə götürülüb.

Əlaqəli Xəbərlər