Menyu

ABŞ və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub

Əsəd Abbaslı
ABŞ və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub

ABŞ müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Rustem Umerov ilə döyüş meydanındakı vəziyyəti və Qərbin Kiyevə hərbi yardımı məsələlərini müzakirə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder yazılı açıqlamasında bildirib.

Qeyd edilib ki, Ostin və Umerov ötən bazar ertəsi telefon danışığı zamanı, xüsusən də döyüş meydanındakı dinamikanı və Ukraynanın həyata keçirdiyi əməliyyatları müzakirə ediblər. Bundan əlavə, onlar Ukraynaya hərbi yardım üzrə təmas qrupunun qarşıdan gələn növbəti iclasına toxunublar.

Bundan əvvəl DPA agentliyi məlumat vermişdi ki, Ramşteyn formatında Ukraynaya hərbi yardım üzrə təmas qrupunun növbəti görüşü sentyabrın 6-da Almaniyadakı Amerikanın Ramşteyn aviabazasında baş tutacaq.

 

Teqlər:

"AB\u015e v\u0259 Ukrayna m\u00fcdafi\u0259 nazirl\u0259ri aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"

Əlaqəli Xəbərlər