Menyu

"Qarabağ"da daha bir itki - Julio Romao olmayacaq

Əziz Əzizli
"Qarabağ"da daha bir itki - Julio Romao olmayacaq

"Qarabağ” bir futbolçusunun xidmətindən məhrum qalıb.

"Operativ Media" xəbər verir ki, yarımmüdafiəçi Julio Romao UEFA Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə cavab oyununu buraxmalı olacaq.

Buna səbəb braziliyalı orta sahə oyunçusunun cəzalı duruma düşməsidir. Belə ki, öncəki mərhələdə “Ludoqorets”lə hər iki qarşılaşmada sarı vərəqə alan 26 yaşlı futbolçu “Dinamo” ilə Xorvatiyadakı matçda da eyni halla üzləşib. Beləliklə, ÇL-in cari mövsümündə passivindəki sarı vərəqə sayını 3-ə çatdıran Romao cəzalı duruma düşüb.

Qeyd edək ki, “Qarabağ”la “Dinamo” arasında Bakıdakı oyun avqustun 28-də keçiriləcək

Teqlər:

"\"Qaraba\u011f\"da daha bir itki - Julio Romao olmayacaq"

Əlaqəli Xəbərlər