Menyu

Azərbaycanın UEFA reytinqində yeri dəyişmədi

Əziz Əzizli
Azərbaycanın UEFA reytinqində yeri dəyişmədi
1 dəq oxu

Ötən gün Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində 3, Konfrans Liqası (KL) çərçivəsində isə 1 oyun keçirilib.

"Operativ Media" xəbər verir ki, baş tutan matçlardan sonra UEFA reytinqində yenilənmə olub. Lakin bu, yerdəyişmələrə yol açmayıb.

ÇL görüşündə Zaqrebdə “Dinamo”ya 0:3 hesabı ilə məğlub olan “Qarabağ” Azərbaycanın aktivinə xal yazdıra bilməyib. Son 5 mövsümdəki performansa görə, ölkəmiz 18,875 əmsalla 26-cı pillədə qərarlaşır. Ancaq yuxarı pillələrdəki İsveç, Slovakiya və Kiprlə aradakı fərq elə də böyük deyil.

Reytinə 89,160 əmsalla İngiltərə başçılıq edir

Əlaqəli Xəbərlər