Menyu

Qurban Qurbanov: "Hər şey göz qabağındadır"

Əziz Əzizli
Qurban Qurbanov: "Hər şey göz qabağındadır"

Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyada "Dinamo"ya 0:3 hesabı ilə məğlub olan "Qarabağ" Azərbaycana qayıdıb.

"Operativ Media" xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov hava limanında "CBC Sport"un suallarını cavablandırıb.

Dünənki oyun və cavab görüşü haqda danışan təcrübəli mütəxəssis həmçinin "Dinamo"dakı həmkarı Sergey Yakiroviçin "Qarabağ"ın zəif tərəflərindən istifadə etdik" açıqlamasına da münasibət bildirib:

"Düzünü desəm, matçla bağlı çox fikir bildirmək olar, amma hər şey göz qabağındadır. Həddindən artıq açıq oyun getdi, xüsusilə ikinci hissədə. Dediyim kimi, "Dinamo" təcrübəli rəqibdir. Onların hazırlaşmaq üçün vaxtı daha çox olub. Rəqibin baş məşqçisi zəif nöqtə deyəndə, ola bilər, müdafiəmizi nəzərdə tutub. Əks-hücumlardan yaxşı istifadə edə bildilər. Əksinə, komandamda xoşuma gələn o oldu ki, istənilən hesaba baxmayaraq, yenə də rəqibin üzərinə atıldıq. Çünki bizim prinsiplərimizdən ən birincisidir. Əldə etdiyimiz uğurları bununla qazanmışıq. Bakıdakı oyunda həmin epizodları rəqibə verməməyə çalışacağıq".

Qeyd edək ki, "Dinamo" ilə cavab qarşılaşması avqustun 28-i Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.

Teqlər:

"Qurban Qurbanov: \"H\u0259r \u015fey g\u00f6z qaba\u011f\u0131ndad\u0131r\""

Əlaqəli Xəbərlər