Fabiyan Buntiç cavab matçında lazımi nəticəni əldə edəcəklərinə inanır
Əziz Əzizli
"Qarabağ"ın qapıçısı Fabiyan Buntiç "Dinamo Zaqreb" matçı ilə bağlı fikirlərini bölüşüb.
"Operativ Media" xəbər verir ki, Buntiç cavab qarşılaşmasında lazımi nəticəni əldə edəcəklərinə inanır.
"Güclü rəqibə qarşı mübarizə apardıq. Çətin oyun keçdi. "Dinamo" əlinə düşən fürsətlərdən maksimum yararlandı. Biz isə vacib məqamda düzgün qərarlar verə bilmədik. Lakin bizi qarşıda cavab matçı gözləyir. Xarakter göstərməliyik. İnanıram ki, lazımi nəticəni əldə edəcəyik. Əsas heyətdə nə qədər meydana çıxacağam? Bu barədə fikrim yoxdur. Baş məşqçi hansı qərarı qəbul etsə, razılaşacağam. Qapıçı mövqeyində zədəli futbolçumuz var idi. Bu səbəbdən yeni transfer edilib".
Teqlər:
"Fabiyan Bunti\u00e7 cavab mat\u00e7\u0131nda laz\u0131mi n\u0259tic\u0259ni \u0259ld\u0259 ed\u0259c\u0259kl\u0259rin\u0259 inan\u0131r"