Menyu

ÇL: "Qalatasaray" İsveçrədə məğlub oldu

Əziz Əzizli
ÇL: "Qalatasaray" İsveçrədə məğlub oldu
1 dəq oxu

Türkiyənin "Qalatasaray" klubu Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

"Operativ Media" xəbər verir ki, "sarı-qırmızılı"lar səfərdə İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşıb.

Matç İsveçrə təmsilçisinin 3-2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, cavab qarşılaşması 1 həftə sonra İstanbulda keçiriləcək.

Əlaqəli Xəbərlər