Menyu

Azərbaycan millisi ev oyununu Qəbələdə keçirəcək

Əziz Əzizli
Azərbaycan millisi ev oyununu Qəbələdə keçirəcək

Milli komandamızın noyabrda keçirəcəyi ev oyunu Bakıda reallaşmayacaq. AFFA rəhbərliyi qarşılaşmanın Qəbələdə keçirilməsinə qərar verib.

"Operativ Media" xəbər verir ki, noyabrın 16-da Millətlər Liqası çərçivəsində Estoniya yığması ilə oyun bölgədə baş tutacaq. Rəqib komanda buna şifahi razılıq verib, tezliklə rəsmi təsdiq məktubu gəlməlidir.

Uzun illərdən sonra milli komandanın Bakıdan kənara çıxması heç də bögələrə sevgidən deyil. Həmin vaxt ölkəmizdə keçiriləcək COP29-la əlaqədar paytaxtda oyunun təşkili mümkünsüzdür. Ona görə də AFFA belə qərar verib.

Oyunun yeni arenası istifadəyə verilən Sumqayıtda yox, məhz Qəbələdə təşkili də məhz bununla bağlıdır. Sumqayıtda rəqibi yerləşdirmək üçün normal otel yoxdur. Qəbələdə isə həm hər cür şərait mövcuddur, həm də beynəlxalq aeroport var. Bu üzdən estonları razı salmaq mümkün olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər