Menyu

İsrail Mahmud Abbasın Qəzzaya səfərinə icazə verməyib

Əsəd Abbaslı
İsrail Mahmud Abbasın Qəzzaya səfərinə icazə verməyib

İsrail Fələstin Prezidenti Mahmud Abbasın Qəzza zolağına səfər etməsinə razı olmayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Fələstin Prezidentinin beynəlxalq əlaqələr üzrə müşaviri və onun xüsusi nümayəndəsi, nazir Riyad əl-Maliki bildirib.

“Biz icazə istəmədik. Prezidentin Qəzzaya gedəcəyini bildirdik. Daha sonra İsrailin cavabı gəldi və bildirildi ki, onlar Prezident Mahmud Abbasın Qəzzaya girməsinə icazə verməyəcəklər”, - məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Abbasın Qəzza zolağına səfər etmək niyyətində olduğu xəbəri yayılmışdı.

Teqlər:

"\u0130srail Mahmud Abbas\u0131n Q\u0259zzaya s\u0259f\u0259rin\u0259 icaz\u0259 verm\u0259yib"

Əlaqəli Xəbərlər