Menyu

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirir

Əziz Əzizli
"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirir

"Qarabağ" növbəti transfer çalışmasını başa vurub.

"Operativ Media" Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi xeyli müddətdir danışıqlar apardığı əcnəbi futbolçu ilə ortaq məxrəcə gəlib.

"Köhlən atlar"ın anlaşdığı legioner Emmanuel Addaidir. 23 yaşlı qanalı səhər saatlarında Azərbaycana gəlib.

Qurban Qurbanovun çox bəyəndiyi vinger "JMG Akademi"nin yetirməsidir. O, 2021-2022-ci illəri Fransada keçirib və "Bobinyi"nin formasını geyinib.

Addai 2022-ci ildən bəri isə karyerasını İspaniyada davam etdirib. Ötən müddətdə “Alkorkon”un heyətində 52 matça çıxıb və 5 qol vurub.

Afrikalı cinah oyunçusu bu gün tibbi baxışdan keçəcək.

Qeyd edək ki, Azərbaycan çempionu bu yay 5 yeni müqavilə bağlayıb. Musa Qurbanlı "Yurdorden"dən (İsveç), Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"dan (Türkiyə) geri qayıdıb. Sadiq Məmmədzadə "Səbail"dən, Fabiyan Buntiç "Vizela"dan (Portuqaliya) və Mateuş Koxalski "Stal"dan (Polşa) transfer olunub

Teqlər:

"\"Qaraba\u011f\" hey\u0259tini yeni futbol\u00e7u il\u0259 g\u00fccl\u0259ndirir"

Əlaqəli Xəbərlər