Ana səhifə / Dünya / Volqoqradda girovlar azad olunub - YENİLƏNİB Volqoqradda girovlar azad olunub - YENİLƏNİB 23.08.2024, 18:17 Əsəd Abbaslı Xüsusi təyinatlı qüvvələr Volqoqradda 19 saylı koloniyada əməliyyat keçirib, bütün girovlar azad edilib, terrorçular zərərsizləşdirilib. "Operativ Media" xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb. Rusiya teleqram kanalları terrorçulardan birinin öldürüldüyünü, 3-nün isə yaralandığını yazıb. 18:17 Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı koloniyada məhbuslar Penitensiar Xidmətin əməkdaşlarını girov götürüblər. "Operativ Media" Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə intizam komissiyasının iclası zamanı baş verib. Hadisəni törədən şəxslər özlərini terror təşkilatının üzvləri kimi təqdim ediblər. Məlumata görə, koloniyanın rəisi, 45 yaşlı Andrey Devyatov da girov götürülüb. Koloniyada ümumilikdə 1230 məhbus var. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Volqoqrad həbsxanasında Federal Penitensiar Xidmətin əməkdaşlarına hücum edən və girov götürən məhbuslar 2 milyon dollar və helikopter tələb edirlər. Teqlər: "Volqoqradda girovlar azad olunub - YEN\u0130L\u018fN\u0130B"
08.02.2026, 23:48 Peter Siyarto: Rusiya və ABŞ arasında razılaşmanın əldə edilməsi avropalıların maraqlarına uyğun deyil