35 yaşlı danimarkalı müdafiəçi Simon Kjaer millidəki karyerasını bitirdiyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, 35 yaşlı təcrübəli müdafiəçi sosial media hesabından verdiyi açıqlama ilə Danimarka milli komandası ilə vidalaşdığını açıqlayıb. Kjaer açıqlamasında: "15 ildən sonra Danimarka Milli Komandasından getmək qərarına gəldim. Zamanlama doğru görünür, amma həm də bir az kədərlidir, çünki milli komanda mənim üçün çox şey deməkdir" deyə bildirib.
Simon Kjaer milli komanda karyerasında 132 matçda iştirak edib. Milli forma ilə Dünya Kuboku və Avropa Çempionatında da meydana çıxan Kjaer 5 qola imza atıb.
Teqlər:
"Danimarkal\u0131 futbol\u00e7u milli karyeras\u0131n\u0131 bitirdi"