Menyu

"Qəbələ" seneqallı hücumçu transfer etdi

Əziz Əzizli
"Qəbələ" seneqallı hücumçu transfer etdi
1 dəq oxu

Yeni mövsümə hazırlığı davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” Lauren Mendinin keçidini rəsmiləşdirib.

25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. Seneqallı futbolçu bunadək Belçikanın “Antverpen”, Lüksemburqda “Düdelanj”, Fransada “Rasinq Besançon”, Çində “Jianqxi Luşan” klublarında forma geyinib.

Əlaqəli Xəbərlər