Menyu

Rusiya FPX: Volqoqradda kaloniyada girov götürülən 4 əməkdaş ölüb – YENİLƏNİB

Əsəd Abbaslı
Rusiya FPX: Volqoqradda kaloniyada girov götürülən 4 əməkdaş ölüb – YENİLƏNİB

Volqoqraddakı koloniyanın yaralı əməkdaşı xəstəxanada ölüb.

"Operativ Media" “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətin (FPX) mətbuat xidməti məlumat yayıb.

“Təəssüf ki, girov saxlanılan və sonra xəstəxanaya yerləşdirilən əməkdaş da keçindi”, - açıqlamada deyilir.

21:07

Rusiyanın Federal Penitensiar Xidməti (FPX) Volqoqrad vilayətindəki 19 saylı kaloniyada cəzaçəkmə müəssisəsinin əməkdaşlarının girov götürülməsi zamanı 3 koloniya əməkdaşının öldürüldüyünü açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə FPX-nin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, bu gün Volqoqrad vilayətindəki 19 saylı koloniyada 4 məhkum cəzaçəkmə müəssisəsinin 8 əməkdaşını və 4 məhkumu girov götürüb.

Cinayətkarlar kaloniyanın 4 əməkdaşına müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib, onlardan 3-ü ölüb. Müqavimət göstərən digər 4 nəfər xəstəxanaya yerləşdirilib. 4 məhkum da xəsarət alıb.

Daha sonra Rusiya Milli Qvardiyası xüsusi əməliyyatla girov götürən məhkumları zərərsizləşdirib; onlar dəqiq snayper atışları ilə məhv ediliblər.

Teqlər:

"Rusiya FPX: Volqoqradda kaloniyada girov g\u00f6t\u00fcr\u00fcl\u0259n 4 \u0259m\u0259kda\u015f \u00f6l\u00fcb \u2013 YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər