Menyu

Fələstin naziri: Abbasın Qəzzaya səfər etməsi üçün İsrailə təzyiq edilməlidir

Əsəd Abbaslı
Fələstin naziri: Abbasın Qəzzaya səfər etməsi üçün İsrailə təzyiq edilməlidir

Fələstinin xarici işlər üzrə dövlət naziri Varsen Ağabekyan Şahin beynəlxalq ictimaiyyəti Fələstin prezidenti Mahmud Abbasın Qəzza zolağına səfər edə bilməsi üçün İsrailə təzyiq göstərməyə çağırıb.

"Operativ Media" xəbər verir ki, Fələstin naziri Şahin bildirib ki, Fələstin rəhbərliyi Mahmud Abbasın Qəzzaya səfəri üçün irəliləyiş əldə edir.

Beynəlxalq ictimaiyyəti İsrailə təzyiq etməyə çağıran Şahin, "Bu səfərdən xəbəri olan bütün ölkələr səfərin təşkilində iştirak etməli və işğalçı İsrailə təzyiq etməlidir. Ümid edirik ki, səfər baş tutacaq".

İsrailin səfəri əngəlləmə ehtimalı ilə bağlı Şahin, "Hər şey İsraildən gözlənilir. Hələlik heç bir şey aydın deyil. Bir maneə olsa belə, səfərin baş tutması üçün beynəlxalq təzyiq lazımdır", - deyə o əlavə edib.

Fələstinli nazir bəyan edib ki, Abbasın Qəzza zolağına səfərini təşkil etmək üçün komitə yaradılıb.

Teqlər:

"F\u0259l\u0259stin naziri: Abbas\u0131n Q\u0259zzaya s\u0259f\u0259r etm\u0259si \u00fc\u00e7\u00fcn \u0130srail\u0259 t\u0259zyiq edilm\u0259lidir"

Əlaqəli Xəbərlər