Menyu

İsrail döyüş təyyarələri Livanı vurub

Əsəd Abbaslı
İsrail döyüş təyyarələri Livanı vurub

İsrail döyüş təyyarələrinin Livanın cənubuna hava zərbələri endirməsi nəticəsində biri uşaq olmaqla 8 nəfər həlak olub. 

"Operativ Media" xəbər verir ki, bu haqda Livanın rəsmi agentliyi NNA məlumat yayıb.

İsrail təyyarələrinin Livanın cənubundakı Tir şəhərinin Tayr Harfa qəsəbəsinə hava hücumu həyata keçirməsi zamanı 5 nəfər həlak olub.

Livanın cənubunda Həmadiyə şossesində bir avtomobilin vurulması zamanı isə bir nəfər ölüb. 

Bundan başqa Səhiyyə Nazirliyi də İsrail ordusunun ölkənin cənubundakı Aytə əl-Cəbəl qəsəbəsinə təşkil etdiyi hava hücumun zamanıaralarında 7 yaşlı uşaq olmaqla 2 nəfərin həlak olduğunu açıqlayıb.

Teqlər:

"\u0130srail d\u00f6y\u00fc\u015f t\u0259yyar\u0259l\u0259ri Livan\u0131 vurub"

Əlaqəli Xəbərlər