Menyu

İsrail döyüş təyyarələri ilə Hizbullah hədəflərinə hücum edib

Əsəd Abbaslı
İsrail döyüş təyyarələri ilə Hizbullah hədəflərinə hücum edib

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Hizbullah hərəkatının hədəflərinə zərbələr endirmək üçün 100-ə yaxın döyüş təyyarəsi yerləşdirib.

"Operativ Media" xəbər verir ki, bu barədə İDF sözçüsü Daniel Həqari bildirib.

O, verdiyi açıqlamada zərbələr zamanı bir neçə min mərminin məhv edildiyini söyləyib.

"Hərbi-Hava Qüvvələrinin 100-ə yaxın qırıcısı minlərlə Hizbullah mərmisi konteynerinə hücum edib və məhv edib, onların əksəriyyəti ölkənin şimalına, bəziləri isə İsrailin mərkəzi hissəsinə yönəlib", - Həqari qeyd edib.

İDF həmçinin bildirib ki, hücumun bir hissəsi kimi Hizbullah İsrailin mərkəzini atəşə tutmaq niyyətində olub, lakin hücumun qarşısı hava hücumları ilə alınıb. 

Teqlər:

"\u0130srail d\u00f6y\u00fc\u015f t\u0259yyar\u0259l\u0259ri il\u0259 Hizbullah h\u0259d\u0259fl\u0259rin\u0259 h\u00fccum edib"

Əlaqəli Xəbərlər