"İmişli”nin ev oyunlarını keçirdiyi Heydər Əliyev adına İmişli şəhər stadionunun ot örtüyünün dəyişdirilmə prosesi davam edir.
"Operativ Media" xəbər verir ki, ilk mərhələdə köhnə ot örtüyü çıxarılır, sonra xüsusi cihaz vasitəsilə otla torpaq qarışdırılır. Növbəti mərhələdə otun səviyyəsi ölçülərək toxum səpilir. Sonra isə gübrələnmə işləri həyata keçirilir.
I Liqada çempionatın ilk həftəsinə qədər stadionun ot örtüyünün yenilənməsi prosesinin yekunlaşması planlaşdırılır. “İmişli” ilk turda, sentyabrın 11-də “Baku Sportinq”i qəbul edəcək
Teqlər:
"\u0130mi\u015fli stadionunun ot \u00f6rt\u00fcy\u00fc d\u0259yi\u015filir"