Zelenski Ukraynadakı enerji vəziyyəti ilə bağlı görüş keçirəcək
Nərmin Qocamanlı
Ukrayna prezidenti Vladimir Zelenski Ali Baş Komandanın qərargahında enerji məsələlərinə həsr olunacaq iclas keçirəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukraynanın “Znak” nəşri mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, səhər saatlarında bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib və bu, bir neçə saat davam edib. Ölkənin müxtəlif şəhərlərində, o cümlədən Kiyevdə, eləcə də ətraf rayonlarda çoxlu sayda partlayışlar olub.
Ukraynanın baş naziri Denis Şmıqal “bir sıra regionlarda” enerji infrastrukturuna ziyan dəydiyini bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net