Türkiyə XİN Pakistanda törədilən terror aktını pisləyib
Əsəd Abbaslı
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Bəlucistan əyalətində törədilən terror aktını pisləyib.
"Operativ Media" xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.
Bəyanatda hücumun şiddətlə pisləndiyi, həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı verildiyi vurğulanıb.
“Türkiyə terrorla mübarizədə dost, qardaş Pakistan xalqı və hökuməti ilə tam həmrəydir”, - mətndə qeyd olunub.
Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində azı 51 nəfər ölüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net