Menyu

Hindistanın Baş naziri ilə Co Bayden arasında telefon danışığı olub

Əsəd Abbaslı
Hindistanın Baş naziri ilə Co Bayden arasında telefon danışığı olub

Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Co Baydenlə telefonla Ukrayna və Banqladeşdəki vəziyyəti müzakirə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Modi "X"də paylaşım edib. 

"Bu gün mən ABŞ Prezidenti Co Baydenlə telefonla danışdım, müxtəlif regional və qlobal məsələlər, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi apardıq", - deyə Baş nazir yazıb.

O əlavə edib ki, söhbət zamanı o, Hindistanın sülh və sabitliyin tezliklə bərpasına tam dəstəyini bir daha təsdiqləyib.

"Biz Banqladeşdəki vəziyyəti də müzakirə etdik və Banqladeşdə normal həyatın tez bir zamanda bərpa edilməsi və azlıqların, xüsusən də hinduların təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğuladıq", - Hindistan hökumətinin başçısı bildirib. 

Teqlər:

"Hindistan\u0131n Ba\u015f naziri il\u0259 Co Bayden aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"

Əlaqəli Xəbərlər