Ana səhifə / Dünya / Pakistanda silahlıların hücumları nəticəsində ölənlərin sayı 70-i ötüb Pakistanda silahlıların hücumları nəticəsində ölənlərin sayı 70-i ötüb 27.08.2024, 07:50 Əziz Əzizli Pakistanın Bəlucistan əyalətində silahlıların polis məntəqələrinə, dəmiryollarına və magistral yollara hücumu nəticəsində azı 73 nəfər həlak olub. "Operativ Media" bu barədə “Reuters”ə istinadən xəbər verir. Məlumata görə, ölənlər arasında 14 əsgər və polis də var. "Bu hücumlar Pakistanda anarxiya yaratmaq üçün yaxşı düşünülmüş plandır", - daxili işlər naziri Möhsin Nəqvi bildirib. Qeyd edək ki, Pakistan ordusu və hüquq-mühafizə orqanları Bəlucistan əyalətində terror aktlarını dəf edərkən azı 21 silahlı öldürülüb. Teqlər: "Pakistanda silahl\u0131lar\u0131n h\u00fccumlar\u0131 n\u0259tic\u0259sind\u0259 \u00f6l\u0259nl\u0259rin say\u0131 70-i \u00f6t\u00fcb"
08.02.2026, 23:48 Peter Siyarto: Rusiya və ABŞ arasında razılaşmanın əldə edilməsi avropalıların maraqlarına uyğun deyil