Menyu

PKK-nın təbliğatına görə 6 nəfər saxlanılıb

Əsəd Abbaslı
PKK-nın təbliğatına görə 6 nəfər saxlanılıb
1 dəq oxu

DEM Partiyası İstanbul Gənclik Məclisinin Esenyurtda təşkil etdiyi futbol turnirində PKK terror təşkilatı üçün şüarlar səsləndirən və təbliğat aparan, aralarında partiyanın Esenyurt rayon rəhbərləri də daxil olmaqla 6 nəfər saxlanılıb.

"Operativ Media" xəbər verir ki, İstanbul Terrorla Mübarizə və Kəşfiyyat Şöbə Müdirliyi qrupları avqustun 18-də Esenyurtda keçirilən futbol turnirində PKK terror təşkilatı tərəfdarı şüarlar səsləndirənlər haqqında araşdırmalara başlayıb.

İstanbulun 4 rayonunda 8 fərqli ünvanda əməliyyat keçirilib.

Aralarında DEM Partiyasının Esenyurt mahal müdirlərinin də olduğu 6 şübhəli nəzarətə alınıb.

Şübhəlilərdən 3-ü həbs edilib, 3 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Əlaqəli Xəbərlər