Afrikada meymunçiçəyinə yoluxma hallarının sayı açıqlanıb
Əsəd Abbaslı
Afrika ölkələrində 2024-cü ilin əvvəlindən meymunçiçəyinə yoluxanların sayı 22,8 min nəfərə çatıb.
“Operativ Media" xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Afrika İttifaqının tibb xidmətinə - Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə (ACDC) istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, bu müddət ərzində 622 nəfər virusa yoluxaraq dünyasını dəyişib. Epidemiyanın episentri Konqo Demokratik Respublikasıdır. Xəstəlikdən ən çox təsirlənən yaş qrupu isə 15 yaşa qədər uşaqlar və yeniyetmələrdir.