Çexiyada İkinci Dünya müharibəsindən qalma bomba aşkarlanıb
Əziz Əzizli
Çexiyanın şərqindəki ən böyük və əhalinin sayına görə respublikanın Praqadan sonra ikinci ən böyük şəhəri olan Brnonun mərkəzində tikinti işləri zamanı İkinci Dünya müharibəsindən qalma hava bombası aşkar edilib. Şəhər polisi yaxınlıqda yerləşən iki binanı boşaldıb və küçəni bağlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə yerli mətbuata məlumat yayıb.
Sahəyə istehkamçılar çağırılıb. Qısa müddət ərzində təhlükəli tapıntı zərərsizləşdirilərək poliqona aparılıb