Pavel Durovun Nobel mükafatına namizədliyi irəli sürülüb
Nərmin Qocamanlı
Fransada həbs edilən "Telegram" messencerinin yaradıcısı Pavel Durovun Nobel mükafatına namizədliyi irəli sürülüb.
"Operativ Media" xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Müvafiq təklifi Rusiyadakı Avrasiya Beynəlxalq Universitetinin rektoru Konstantin Klimenko irəli sürüb.
"Şəxsən mən Pavel Durovu böyük insan hesab edirəm. O, rəqəmsal texnologiyaların yeni dövrünün lideridir. Düşünürəm ki, Durov Nobel mükafatına layiqdir. Buna görə də mən Nobel Komitəsinə Pavel Durova Nobel mükafatının verilməsi ilə bağlı rəsmi təqdimat göndərdim", - Klimenko bildirib.
Teqlər:
"Pavel Durovun Nobel m\u00fckafat\u0131na namiz\u0259dliyi ir\u0259li s\u00fcr\u00fcl\u00fcb"