Menyu

Peskov: Trampın Üçüncü Dünya müharibəsi ilə bağlı narahatlığı başa düşüləndir

Peskov: Trampın Üçüncü Dünya müharibəsi ilə bağlı narahatlığı başa düşüləndir
1 dəq oxu

“ABŞ prezidentliyinə namizəd Donald Trampın Üçüncü Dünya müharibəsi təhlükəsi ilə bağlı narahatlığı başa düşüləndir". 

 "Operativ Media"xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu və Kiyevin digər hücumları vəziyyəti son həddə qədər gərginləşdirir. Kursk vilayətində olduğu kimi bu cür hücumlar, əlbəttə ki, gərginliyi son həddə çatdırır. Ona görə də narahatlığa əsas var və bu halda belə həyəcanverici bəyanatlara anlayışla yanaşmaq olar”, - Kreml rəsmisi vurğulayıb.

Əlaqəli Xəbərlər