Menyu

Türkiyə XİN-dən Suriya ilə normallaşma prosesinin şərtləri açıqlanıb

Əsəd Abbaslı
Türkiyə XİN-dən Suriya ilə normallaşma prosesinin şərtləri açıqlanıb

Türkiyənin Xarici İşlər Nazirliyindən Türkiyə ilə Suriya arasında normallaşma prosesi ilə bağlı açıqlama verilib.

"Operativ Media" xəbər verir ki, açıqlamada münasibətlərin 2011-ci ildən əvvəlki vəziyyətə qaytarılmasının yolunun 4 bənddən keçdiyi bildirilib.

Açıqlamadakı həmin bəndlər aşağıdakı kimidir:

- Suriyanın ərazi bütövlüyünü və birliyini qorumaq üçün onu terrorçulardan təmizləmək,

- Suriyanın BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində öz xalqının haqlı tələb və gözləntiləri əsasında öz xalqı ilə əsl milli barışığa nail olması,

- Bununla bağlı təhlükəsiz və layiq olduğu kimi qayıdış üçün lazımi şəraitin yaradılması,

- Humanitar yardımların fasiləsiz davam etdirilməsi.

Açıqlamada son olaraq deyilir: “Bu düşüncə bərqərar olaraq real addımlar atılarsa, Suriyanın rifahına, qonşu ölkələrin təhlükəsizliyinə və regional sabitliyə töhfə verə biləcək addımlara yol açılacaq”.

Teqlər:

"T\u00fcrkiy\u0259 X\u0130N-d\u0259n Suriya il\u0259 normalla\u015fma prosesinin \u015f\u0259rtl\u0259ri a\u00e7\u0131qlan\u0131b"

Əlaqəli Xəbərlər