Qazaxıstan hökuməti 2024-cü ilin sonuna qədər alma idxalını qadağan etmək qərarına gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti qərar qəbul edib.
Bildirilib ki, ilin sonuna kimi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri istisna olmaqla, üçüncü ölkələrdən Qazaxıstana alma idxalının müvəqqəti qadağan edilməsi barədə qərar qəbul edilib.
“2024-cü ildə alma bağlarının tam məhsul yığacağı və məhsuldarlığı 18 faiz artıracağı gözlənilir ki, bu da daxili bazarın tələbatını ödəyəcək”, - məlumatda qeyd olunub.
Teqlər:
"Qazax\u0131standa alma idxal\u0131 qada\u011fan olunub"