Sullivan və Si Cinpin Ukraynadakı münaqişəni və Tayvan ətrafındakı vəziyyəti müzakirə ediblər
Nərmin Qocamanlı
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Çin prezidenti Si Cinpinlə Ukrayna münaqişəsini və Tayvan ətrafındakı vəziyyəti müzakirə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə onların görüşündən sonra Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Avqustun 29-da Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb, onlar Tayvan boğazındakı vəziyyəti, Rusiyanın Ukraynaya qarşı müharibəsini və cənubdakı vəziyyəti müzakirə ediblər", - məlumatda deyilir.
Sullivanın Çinə səfəri avqustun 27-dən 29-dək baş tutub. Bu, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin səkkiz illik fasilədən sonra Çinə ilk səfəridir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma