Menyu

Müdafiə Nazirliyi vakansiya elan edib

Nərmin Qocamanlı
Müdafiə Nazirliyi vakansiya elan edib

Müdafiə Nazirliyinin Bakı şəhərində və digər bölgələrdə yerləşən tabeliyindəki hərbi hissə və müəssisələrində vakant mühasib və baş mühasib vəzifələrinə mülki şəxslərin müsabiqə yolu ilə işə qəbulu elan edilir.

Ən azı 2 il mühasibatlıq fəaliyyəti üzrə iş stajı olan vətəndaşlar müsabiqədə iştirak edə bilər.
Qəbul zamanı peşəkar mühasib və maliyyə işi üzrə müvafiq sertifikatları olan şəxslərə üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyən 40 yaşadək namizədlər şəxsi telefon nömrələrini qeyd etmək şərti ilə aşağıdakı sənədləri sentyabrın 20-dək [email protected] e-poçt ünvanına göndərə bilərlər:
- tərcümeyi-hal;
- şəxsiyyət vəsiqəsinin surəti;
- diplomun surəti;
- müvafiq setifikatların surəti;
- əmək kitabçası və ya əmək fəaliyyəti barədə bildirişin surəti.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər