Menyu

FHN “28 May” metrosunda təlim keçirəcək

Nərmin Qocamanlı
FHN  “28 May” metrosunda təlim keçirəcək
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “28 May” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 30 avqust 2024-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyəti cəlb olunub.

Əlaqəli Xəbərlər