Menyu

İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyasını həyata keçirən şəxslər saxlanılıblar

Nərmin Qocamanlı
İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyasını həyata keçirən şəxslər saxlanılıblar
1 dəq oxu

İsmayıllıda polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Eldar Abbasov və Əcəb İsmayılovu saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, onlardan ümumilikdə 65 ədəd çətənə bitkisi və 5 kiloqrama yaxın marixuana aşkarlanıb.

Saxlanılanların narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdikləri və aqrotexniki qaydada qulluq göstərdikləri müəyyən olunub. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Fotogalereya

Əlaqəli Xəbərlər