Menyu

Mətbuat Şurasında Milli Məclisə növbədənkənar seçkilərlə bağlı “qaynar xətt” fəaliyyət göstərəcək

Nərmin Qocamanlı
Mətbuat Şurasında Milli Məclisə növbədənkənar seçkilərlə bağlı “qaynar xətt” fəaliyyət göstərəcək

Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək. Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək bu rejimdə fəaliyyət göstərəcək.

Mətbuat Şurasından "Operativ Media"ya verilən məlumata görə, jurnalistlər bu nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edəcəklər.

Bundan başqa Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri paytaxtdakı və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında jurnalistlərin peşə fəaliyyətlərini gerçəkləşdirmələri üçün yaradılmış vəziyyəti müşahidə edəcəklər.

Qeyd edək ki, Mətbuat Şurası jurnalistlərin Milli Məclisə növbədənkənar seçkilərin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə sentyabrın 1-də müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək.

Teqlər:

"M\u0259tbuat \u015euras\u0131nda Milli M\u0259clis\u0259 n\u00f6vb\u0259d\u0259nk\u0259nar se\u00e7kil\u0259rl\u0259 ba\u011fl\u0131 \u201cqaynar x\u0259tt\u201d f\u0259aliyy\u0259t g\u00f6st\u0259r\u0259c\u0259k"

Əlaqəli Xəbərlər