Menyu

Azərbaycan Qran-prisinə görə daha bir neçə yolda hərəkət məhdudlaşdırılacaq

Əsəd Abbaslı
Azərbaycan Qran-prisinə görə daha bir neçə yolda hərəkət məhdudlaşdırılacaq

"Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir.

"Operativ Media" xəbər verir ki, bu səbəbdən, 31 avqust saat 08:00-dan etibarən axşam saatlarınadək Xəqani küçəsi Bülbül prospekti kəsişməsindən Puşkin kəsişməsinə qədər nəqliyyata məhdudiyyət tətbiq olunacaq.

Eyni zamanda, Əziz Əliyev küçəsi, İstiqlaliyyət küçəsi və Azərbaycan prospekti kəsişməsindən Əziz Əliyev Neftçilər prospekti kəsişməsinə qədər olan hissədə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran Prisi 2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər