Menyu

MDB PA Şurasının baş katibi: Azərbaycanda seçki öncəsində sosial şəbəkələrdə qara piar mövcud deyil

MDB PA Şurasının baş katibi: Azərbaycanda seçki öncəsində sosial şəbəkələrdə qara piar mövcud deyil

Seçki öncəsində bir çox ölkələrin sosial şəbəkələrində hökm sürən qara piar Azərbaycanda mövcud deyil.

"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Dmitri Kobitski bildirib.

 

Dmitri Kobitski qeyd edib ki, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvləri seçki prosesinin gedişatını müşahidə etmək üçün Azərbaycanda artıq uzun müddətdir fəaliyyətə başlayıb: “Bizim 40 nəfərlik missiyamız var. Onlardan 33-ü Azərbaycanda fəaliyyət göstərir. Seçki bitdikdən sonra axşam saatlarında toplaşıb nəticələri müzakirə edəcəyik. Sonra isə yekun hesabat hazırlanacaq. Yekun rəyimizi isə bazar ertəsi açıqlayacağıq. Lakin onlar Konstitusiya Məhkəməsi nəticələri elan etdikdən sonra dərc olunacaq. Mərkəzi Seçki Komissiyası səsvermə prosesinin uğurla həyata keçirilməsi üçün əlindən gələni edir. Seçki öncəsində bir çox ölkələrin sosial şəbəkələrində hökm sürən qara piar Azərbaycanda mövcud deyil".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər