Yük avtomobilində gömrük nəzarətindən gizlədilən alkoqollu içkilər aşkarlanıb
Nərmin Qocamanlı
Daxil olmuş əməliyyat məlumatı əsasında Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttində yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən (DGK) "Operativ Media"ya bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin şəxsi əşyalar üçün nəzərdə tutulmuş sandıqçasında gömrük nəzarətindən gizlədilən, üzərində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma markası olmayan 53 ədəd 0,7 litrlik alkoqollu içki aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma