Naxçıvanda saat 10:00-a olan seçici fəallığı 10,81 faiz təşkil edib
Əsəd Abbaslı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə seçici fəallığının saat 10.00-a olan göstəricisi açıqlanıb.
"Operativ Media" xəbər verir ki, muxtar respublika üzrə saat 10:00-a qədər 31 min 157 nəfər səs verib, seçici fəallığı isə 10,81 faiz olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclis seçkilərinə saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, səsvermənin gedişi və nəticələri barədə saat 12:00, 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək.
Qeyd olunub ki, muxtar respublika üzrə seçicilərin ümumi sayı 288 min 356 nəfərdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net