Menyu

MSK: Parlament seçkiləri ilə bağlı səsvermədə seçici fəallığı 37,27 faiz olub - YENİLƏNİB

Əziz Əzizli
MSK: Parlament seçkiləri ilə bağlı səsvermədə seçici fəallığı 37,27 faiz olub - YENİLƏNİB
1 dəq oxu

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə ümumi seçici fəallığı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.

O qeyd edib ki, 19:00-da yekunlaşan səsvermədə həmin saata qədər 2 milyon 196 min 771 nəfər səsvermə hüququndan istifadə edib. Bu respublika üzrə seçicilərin 37,27 faizi olub. 5895 seçki məntəqəsi protokolları MSK-ya təqdim edib.

Qeyd edək ki, bu gün Azərbaycanda ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində Milli Məclisə növbədənkənar seçkilər keçirilib.

Parlament seçkiləri üçün sentyabrın 1-i səhər saat 8:00-da açılan seçki məntəqələri 19:00-da bağlanıb. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.

Xatırladaq ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb

***

17:52

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17:00-a qədər respublika üzrə 2 172 087 nəfər səs verib, seçici fəallığı 33,82 faiz olub.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 19:00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.

***

Əlaqəli Xəbərlər