Menyu

Livandakı partlayışlar litium-ion batareyaları olan cihazlara da təsir edib

Əsəd Abbaslı
Livandakı partlayışlar litium-ion batareyaları olan cihazlara da təsir edib
1 dəq oxu

Livanda növbəti partlayış dalğasına litium-ion batareyaları olan telefon və digər cihazların partlaması səbəb olub.

"Operativ Media" xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, respublikanın müxtəlif bölgələrində radiolar, telefonlar, barmaq izi cihazları, o cümlədən günəş panelləri və litium-ion batareyaları ilə işləyən qurğular partlayıb.

Qeyd edək ki, dünən "Hizbullah" üzvlərinin rabitə qurğularının partladılması nəticəsində minlərlə insan yaralanıb, 10-dan çox adam ölüb. "Hizbullah" buna görə İsraili ittiham edib.

Əlaqəli Xəbərlər