Ana səhifə / Dünya / İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib 21.09.2024, 17:47 Türkiyə ordusunun İraqın şimalında terrorçulara qarşı hava zərbələri nəticəsində sentyabrın 17-dən 18-dək 17 yaraqlı zərərsizləşdirilib. "Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirliyin məlumatına görə, İraqın Qara bölgəsində 8, Qəndil dağı ərazisində 5, Hakurqada isə daha 4 terrorçu məhv edilib. “Türkiyə ordusu silahlıları öz baza ərazilərində məhv etmək üçün qəfil hücumlar həyata keçirməyə davam edəcək”, - deyə nazirlik vurğulayıb. Daha öncə Ankara bildirmişdi ki, ilin əvvəlindən Türkiyə ordusu İraqın şimalında və Suriyada 2 mindən çox terrorçunu zərərsizləşdirib. Teqlər: "\u0130raq\u0131n \u015fimal\u0131nda 17 terror\u00e7u z\u0259r\u0259rsizl\u0259\u015fdirilib"
08.02.2026, 20:35 Kobaxidze: Türkiyə sərhədindən Azərbaycan və Ermənistan sərhədlərinədək yol infrastrukturu yenilənəcək