http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Azərbaycanda abituriyent hazırlıq kurslarının qiymətləri - SİYAHI

23 Sentyabr 2024 , 15:40
Azərbaycanda abituriyent hazırlıq kurslarının qiymətləri - SİYAHI

Artıq yeni tədris ili bir həftədir ki, başlayıb. Bununla parelel şəkildə hazırlıq kurslarına tələbat artıb. Yeni tədris ilinin başlaması ilə əlaqədar abituriyentlər hazırlıq kurslarına və ya repetitorlara üz tuturlar.

Kursları seçərkən dərs keyfiyyəti ilə yanaşı qiymətlər də önəmlidir. Bəs abituriyent hazırlıq kurslarının qiymətləri necədir?

Operativ Media” Azərbayanda fəaliyyət göstərən bir sıra hazırlıq kurslarının qiymətlərini araşdırıb:

"Hədəf"

Böyük şəbəkəsi olan Hədəf kurslarında abituriyent hazırlığı qiymətləri filiallara görə müəyyən qədər də olsa dəyişir. Qruplar üzrə 5 fənnin qiyməti 320 manatdır. Dərslər həftədə 3 dəfə keçirilir. Fərdi şəkildə bir fənn 120 manatdır. Fərdi dərslər həftədə 90 dəqiqə olmaqla 2 dəfə keçirilir.

"Zirvə"

Zirvə kurslarında 10-cu siniflər üçün 5 fənn üzrə hazırlığın qiyməti 230 manatdır. 11-ci siniflər üçün isə 280 manat təşkil edir. Dərslər həftənin tək və cüt günləri keçirilir. Tək günlər II-III qruplar, cüt günlər isə I-IV qruplar üzrə aparılır.

"Jalal-I Tədris Mərkəzi"

Bu tədris mərkəzində fərdi şəkildə bir fənn 80, qrup şəklində isə 60 manatdır. Xarici dil fənni isə fərdi 120 AZN, qrupla 80 manatdır.

"Dərs Evi"

Dərs evi hazırlıq mərkəzində 10-cu siniflər üçün bir fənnin qiyməti 120 AZN təşkil edir. Qruplar üzrə aylıq ödəniş 600 manat təşkil edir. Əgər qrupda əlavə fənn varsa, üzərinə 120 AZN əlavə olunacaq. 

"Prestij-S"

Prestij-S kurslarında 1 fənn üzrə qiymət 70 manatdır. Fərdi şəkildə isə 150 AZN təşkil edir. Dərslər həftədə 1 saat olmaqla 3 dəfə keçirilir.

"Kaspi"

Kaspi kurslarında dərslər həftədə 3 dəfə olmaqla 5 fənn üzrə 295 manat, 6 fənn isə 330 manat təşkil edir.

"Zəka"

Zəka kurslarında 1 fənn 100 manat təşkil edir.

OXŞAR XƏBƏRLƏR
Milli Məclisin İntizam komissiyası formalaşdırılıb

Milli Məclisin İntizam komissiyası formalaşdırılıb

Tələbələrin köçürülməsi yekunlaşıb

Tələbələrin köçürülməsi yekunlaşıb

Bu ilin avqust ayında yaşa görə pensiya alanların sayı 710 775 nəfər olub

Bu ilin avqust ayında yaşa görə pensiya alanların sayı 710 775 nəfər olub

XƏBƏR LENTİ
  • 18:26

    Naxçıvan polisinə yeni xidməti avtomobillər verilib
  • 18:12

    Cəlilabadda qaz təchizatında fasilə olacaq
  • 18:07

    Moskvanın mərkəzində 19-cu əsrin sonlarına aid tikili yanıb
  • 17:57

    Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
  • 17:36

    Milli Məclisin İntizam komissiyası formalaşdırılıb
  • 17:33

    Məhkəmə “Krono Az” şirkəti ilə bağlı qərarı elan edib
  • 17:29

    ADY: 1 ay əvvəlcədən bilet alanlara 15% endirim ediləcək
  • 17:24

    Azər Fərəcov: Bakı-Sumqayıt qatarları ilə gündəlik rekord sayda sərnişin daşınır
Menyu