Menyu

Mehriban Əliyeva və ailə üzvləri Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddə olublar

Əsəd Abbaslı
Mehriban Əliyeva və ailə üzvləri Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddə olublar

Əhmədli qəsəbəsindəki 120 yaşlı məscid əsaslı təmirdən sonra istifadəyə verilib. 1904-cü ildə inşa olunmuş məsciddə təmir və bərpa işləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib.

"Operativ Media" xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri sentyabrın 23-də Əhmədli qəsəbə məscidində olublar.

Bildirilib ki, qəsəbə sakinlərinin müraciətinə dərhal reaksiya verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə məscidin fasadında və ətrafında təmir-bərpa işləri aparılıb. Burada kişi və qadınlar üçün nəzərdə tutulmuş ibadət yerləri, dəstəmaz otaqları, mərasim evi əsaslı təmir olunub, məscidin ətrafı abadlaşdırılıb.

Eyni zamanda, Əhmədli qəsəbəsinin əsas girişində və qəsəbənin bir sıra mərkəzi küçələrində tarixi görkəm qorunmaqla abadlaşdırma işləri görülüb, qənbər daşları düzülüb, yaşıllıq zolaqları salınıb. Təmir olunan küçələrdə yeni kanalizasiya xətləri də çəkilib. Bir sıra fərdi evin dam örtüyü, darvazaları dəyişdirilib.

Qəsəbədə yerləşən abidə kompleksi və ətrafındakı park yenidən qurulub, yaşıllıq sahələri salınıb. Görülmüş işlərdə qəsəbənin özünəməxsus memarlığı qorunub saxlanılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər