Menyu

FHN-in Sumqayıt Regional Mərkəzində qərargah məşqi keçirilib

Əsəd Abbaslı
FHN-in Sumqayıt Regional Mərkəzində qərargah məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Regional Mərkəzin fəaliyyətinin təşkili” mövzusunda qərargah məşqi keçirilib.

"Operativ Media" FHN-ə istinadən xəbər verir ki, qərargah məşqinin keçirilməsində əsas məqsəd Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə əməliyyat şəraitinin daim nəzarətdə saxlanılması, baş verə biləcək fövqəladə hadisələr zamanı çevik və effektli qərarların qəbul olunması, əhalinin vaxtında xəbərdar edilməsi, zamanında zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üzrə rəhbər və zabit heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.

Məşq zamanı qarşıya qoyulan əməliyyat tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Məşqin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər