Türkiyə parlamentinin sədri Putinlə görüşməyi planlaşdırır
Əsəd Abbaslı
Türkiyə parlamentinin sədri Numan Kurtulmuş sentyabrın 25-də Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Numan kurtuluşun sözlərinə görə, “Bizim çox gərgin proqramımız var, o cümlədən çərşənbə günü biz prezident Putinlə görüşəcəyik”.
“Çərşənbə günü Prezident Putinlə görüş də daxil olmaqla, çox gərgin proqramımız var. Əlbəttə, indi mənim cənab Ərdoğanın rus xalqına salamlarını, dostluq və əməkdaşlıq arzularını çatdırmaq imkanım var”, - Kurtuluş qeyd edib.