Menyu

Ceyhun Bayramov Portuqaliyanın xarici ilər naziri ilə görüşüb

Əsəd Abbaslı
Ceyhun Bayramov Portuqaliyanın xarici ilər naziri ilə görüşüb
1 dəq oxu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Portuqaliyanın xarici ilər naziri Paulo Rangel ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin məsələləri, həmçinin iqtisadiyyat, investisiyalar, enerji təhlükəsizliyi, bərpa olunan enerji, nəqliyyat və rabitə sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Portuqaliyanın xarici işlər nazirinə Azərbaycanın regionda münaqişədən sonrakı reallıqlar, yenidənqurma və sülh təşəbbüsləri barədə məlumat verilib.

Əlaqəli Xəbərlər