Menyu

"Qatar Airways" Livandakı vəziyyətlə əlaqədar Beyruta uçuşları müvəqqəti dayandırıb

Nərmin Qocamanlı
"Qatar Airways" Livandakı vəziyyətlə əlaqədar Beyruta uçuşları müvəqqəti dayandırıb
1 dəq oxu

İsrail və Livanın şiə Hizbullah hərəkatı arasında münaqişənin kəskinləşməsi fonunda Qətər Hava Yolları çərşənbə günü Doha-Beyrut marşrutu üzrə uçuşları dayandırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS-a şirkətin mətbuat xidməti məlumat verib.

“Livandakı mövcud vəziyyətlə əlaqədar olaraq "Qatar Airways" Beyrutdakı Rafik Həriri Beynəlxalq Hava Limanına və oradan sentyabrın 25-dək uçuşları müvəqqəti olaraq dayandırıb”, - aviaşirkətin sözçüsü bildirib.

Əlaqəli Xəbərlər